“Tesla” səhmlərini satışa çıxarır

XARİCİ XƏBƏRLƏR
3 Sentyabr
02:38

“Tesla” şirkəti 5 milyard ABŞ dollarına yaxın həcmdə səhmlərini satışa çıxarmağı nəzərdə tutur. Məlumata görə, həmin səhmlər şirkət tərəfindən səhmlərinin beş yerə bölünməsi nəticəsində yaranıb. Bildirilir ki, avqus­tun 31-də başa çatan bu bölünmədən yaranan qiymətli kağızları birjada yerləşdirmək üçün bir neçə bankla razılıq əldə edilib. Hazırda bazar dəyəri 480 ABŞ dollarına yaxın olan səhmlərdən bütövlükdə 5 milyard ABŞ dolları həcmində birjada yerləşdirmək hədəflənir.

Xatırladaq ki, 2003-cü ildə İlon Mask tərəfindən təsis edilən və ABŞ-ın Kaliforniya ştatının Palo-Alto şəhərində yerləşən “Tesla” şirkəti elektrik avtomobili, Günəş panelləri və s. alternativ enerji avadanlığı istehsal edir.

Xəbəri BBC yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi