Seçkilərin tarixi açıqlanıb

XARİCİ XƏBƏRLƏR
3 Sentyabr
02:38

Yaponiya parlamen­tinin üzvləri sentyabrın 16-da yeni Baş Nazirin seçilməsi üçün səs verəcəklər. Məlumata görə, Liberal Demokrat Partiyasının rəhbərlik etdiyi hakim koalisiyanın səsvermə tarixinin təyin olunmasında müxalifət partiyaları ilə razılığa gəldiyi qeyd olu­nur. Bildirilir ki, sentyabrın 14-də Liberal Demokrat Partiyası yeni sədrini seçəcək. Qalib gələn namizəd bundan sonra Baş Nazir seçilmək üçün sentyabrın 16-da keçiriləcək parlament seçkilərində səs çoxluğuna sahib olmalıdır.

Xatırladaq ki, Baş Nazir Sindzo Abe avqustun 28-də uzun müddət davam edən xəstəliyinin ağırlaşması səbəbindən istefa verdiyini açıqlamışdı.

Xəbəri TASS yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi