ABŞ-da kəşfiyyat təyyarəsi qəzaya uğrayıb

XARİCİ XƏBƏRLƏR
2 Sentyabr
00:40

ABŞ Hərbi Dəniz Donanmasına məxsus kəşfiyyat təyyarəsi Virciniya sahilləri yaxınlığında qəzaya uğrayıb.
“CNN”in məlumatına görə, “Patuxent River” Hərbi Dəniz Aviabazasının rəsmi nümayəndəsi Patrik Qordon bildirib ki, “E-2 Hawkeyt” kəşfiyyat təyyarəsi Uollops adası yaxınlığında qəzaya uğrayıb. Amma təyyarənin içində olan 4 nəfər- iki pilot və iki ekipaj üzvü sağ qalıb. Hazırda onların səhhəti normaldır.

 

Qəzənfər QASIMOV, “Xalq qəzeti” 

XARİCİ XƏBƏRLƏR bölməsi