Dünyanın ən zəngin insanları

XARİCİ XƏBƏRLƏR
2 Sentyabr
00:40

“Bloomberg” dünyanın ən zəngin insanlarının siyahısını tərtib edib.
Siyahıda ilk pillədə 200 milyard dollar sərvətlə “Amazon” korporasiyasının rəhbəri Ceff Bezos qərarlaşıb. Sərvəti 125 milyard dollar olan “Microsoft” korporasiyasının yaradıcısı Bill Qeyts ikinci pillədə yer alıb. Ümumi sərvəti 111,3 milyard dolları keçən “Tesla” və “SpaceX” şirkətlərinin banisi İlon Mask  müvafiq göstəriciyə görə, “Facebook” şirkətinin əsasını qoymuş Mark Sukerberqi (aktivlərinin məbləği 110,5 milyard dollar) geridə qoyub. “Bloomberg” vurğulayır ki, İlon Maskın sərvəti, əsasən, “Tesla”nın aksiyalarının qiymətinin qalxması ilə əlaqədar artıb.
2003-cü ildə yaradılmış şirkət əvvəlcə “Tesla Motors”, sonralar isə “Tesla” adlandırılıb. Şirkət fəaliyyətə başlayarkan yalnız elektromobil istehsal edirdi. Sonralar günəş batareyalarının yaradılması və enerjiyə qənaət edən digər sistemlərin istehsalı ilə də məşğul olmağa başlayıb.

 

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi