Qadağaların müddəti uzadılıb

XARİCİ XƏBƏRLƏR
2 Sentyabr
00:33

Hindistanda beynəlxalq sərnişin uçuşlarının dayandırılması ilə bağlı qərarın müddəti sentyabrın 30-dək uzadılıb. 
Hindistanın Baş Mülki Aviasiya İdarəsinin bildirişində qeyd olunub ki, qadağa kommersiya məqsədli müntəzəm beynəlxalq sərnişin daşımalarına aiddir, beynəlxalq yük daşımaları və Baş Mülki Aviasiya İdarəsi tərəfindən xüsusi icazə verilən uçuşlara bu məhdudiyyət şamil edilmir. Sonuncuya Hindistanın müstəsna tərəfdaşları – ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, BƏƏ, Qətər və Maldiv adaları ilə xüsusi razılaşdırılmış dəhlizlərdə aviadaşıma daxildir. Hindistan hazırda bir sıra ölkələrlə də bu cür dəhlizlərin açılması üçün danışıqlar aparır.
Xəbəri “lenta.ru” yayıb.

 

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 
XARİCİ XƏBƏRLƏR bölməsi