Ölkədə matəm elan edilib

XARİCİ XƏBƏRLƏR
2 Sentyabr
00:32

Sabiq prezident, 85 yaşlı Pranab Mukercinin vəfatı ilə əlaqədar Hindistanda yeddigünlük matəm elan edilib.
Məlumatda bildirilir ki, avqustun 31-dən sentyabrın 6-dək Hindistan ərazisində matəm elan edilir. Bütün binalarda Hindistanın dövlət bayrağı endiriləcək və rəsmi tədbirlərin hamısı təxirə salınacaq.
Xəbəri RİA “Novosti” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

XARİCİ XƏBƏRLƏR bölməsi