59 hərbçi saxlanılıb

XARİCİ XƏBƏRLƏR
2 Sentyabr
00:31

FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçuların saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.  Türkiyə Silahlı Qüvvələrinin (TSK) ölkənin 30 vilayətində paralel keçirdiyi  əməliyyatlar zamanı TSK-nın terror təşkilatının rəhbərləri ilə telefon əlaqəsi saxlamaqda şübhəli bilinən 76 üzvündən 59-u saxlanılıb.
Şübhəli bilinən digər şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
Xəbəri “Anadolu” agentliyi yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

XARİCİ XƏBƏRLƏR bölməsi