ÜST-ün xəbərdarlığı

XARİCİ XƏBƏRLƏR
2 Sentyabr
00:30

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru stadionlarla bağlı xəbərdarlıq edib.
Baş direktor Tedros Adhanom Qebreyesus yeni növ koronavirus (COVİD-19) epidemiyasına qarşı mübarizədə insanların ibadət yerlərində və futbol stadionlarında sıxlıqdan qaçmalı olduğunu söyləyib. “Stadionlara getmədən də yaşaya bilərik. Risk yüksək olduğu üçün stadionlarda azarkeşlərin olmadığı modeli tətbiq etmək daha yaxşı olardı”, - deyə Qebreyesus qeyd edib.
Xəbəri TASS yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

XARİCİ XƏBƏRLƏR bölməsi