Çində hotel çökdü - 29 ölü

XARİCİ XƏBƏRLƏR
30 Avqust
23:00

Çinin Şansi əyalətində ikimərtəbəli hotel binasının ("Xiyuan Hotel") çökməsi nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.

Bu barədə "Sinxya" agentliyi məlumat verib.

Məlumata görə, dağıntılar altından tapılan 7 nəfər ağır xəsarət alıb. 21 nəfərin yaralandığı bildirilir.

Xilasetmə əməliyyatı başa çatdıqdan sonra hadisənin baş vermə səbəblərini araşdırmaq üçün komissiya yaradılıb.

 

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

 

XARİCİ XƏBƏRLƏR bölməsi