“TikTok”un qlobal statistikası açıqlanıb

XARİCİ XƏBƏRLƏR
28 Avqust
00:33

TASS-ın yaydığı xəbərə görə, “TikTok” xidmətinin rəhbərliyi ilk dəfə qlobal statistika dərc edib. 
Statistikada istifadəçilərin sayı, onların aktivliyi, həmçinin 2 il ərzində auditoriyanın artması açıqlanıb. Mənbə qeyd edir ki, 2018-ci ilin yanvar ayı ilə müqayisədə amerikalı istifadəçilərin aylıq aktiv auditoriyası üzrə artım 800 faiz təşkil edib. Eyni zamanda mobil proqramdan daima istifadə edən amerikalıların sayı 100 milyondan çoxdur, 50 milyon gündəlik “TikTok” xidmətindən istifadə edir. Müvafiq artım tempi də bütün dünyada müşahidə edilir.
Məlumatda qeyd edilir ki, 2018-ci ildə “TikTok” xidmətinin ümumi auditoriyası 55 milyon nəfər idi. 2018-ci ilin sonuna bu göstərici artıq 271 milyon istifadəçi olub. 2020-ci ilin avqustuna olan statistikaya görə, mobil proqram 2 milyard dəfədən çox yüklənilib. “TikTok” analitiklərinin hesablamalarına görə, 2020-ci ilin iyulunadək xidmətin aktiv auditoriyası 700 milyona yaxınlaşıb.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi