“Laura” qasırğası ABŞ sahillərinə yaxınlaşır

XARİCİ XƏBƏRLƏR
28 Avqust
00:32

Sinoptiklər bildiriblər ki, ABŞ-ın cənub sahillərinə yaxınlaşan “Laura” qasırğası ­dağıdıcı ola bilər. Qasırğaların müşahidəsi üzrə Milli Mərkəzin məlumatına görə, “Laura” qasırğası ABŞ sahillərinə yaxınlaşdıqca daha da güclənir. Bu qasırğa dördüncü kateqoriyaya aid edilir.

Meteoroloqlar bildiriblər ki, “Laura” qasırğası  saniyədə 61 metr ( saatda 220 kilometrə yaxın) sürətlə ABŞ sahillərinə yaxınlaşır. Bu qasırğa çoxlu fəsadlar törədə bilər. Qasırğa Luiziana və Texas ştatlarının sahillərinə yaxınlaşır.
Sinoptiklər bildiriblər ki, qasırğanın birinci zərbəsindən sonra ­“Laura” zəifləyəcək. TASS-ın məlumatına görə, qasırğaya görə, Luiziana və Texas ştatlarından 585 min nəfər evakuasiya edilib.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi