Ən yaxşı qoruyucu maskalar

XARİCİ XƏBƏRLƏR
28 Avqust
00:31

Yaponiyanın “Fugaku” cihazı koronavirusdan ən yaxşı qorunmaq üçün birdəfəlik toxunmamış maskalar taxmağı tövsiyə edib.Bildirilir ki, kompüterin apardığı hesablamalar nəticəsində adıçəkilən maskaların xəstə tərəfindən öskürərkən, yaxud asqırarkən ifraz etdiyi mikro hissələri pambıq parça və digər maskalara nisbətən daha yaxşı saxladığı üzə çıxıb.
Xatırladaq ki, 2014-cü ildən başlamış tədqiqatlar nəticəsində hazırlanaraq cari ilin iyun ayından istifadəyə verilən “Fugaku” superkompüteri saniyədə 415 kvadrilyondan artıq əməliyyat icra etmək iqtidarındadır.
Xəbəri “ferra.ru” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

XARİCİ XƏBƏRLƏR bölməsi