Yeni funksiya

XARİCİ XƏBƏRLƏR
28 Avqust
00:31

“WhatsApp” öz istifadəçilərinə alınan fayl və sənədlərin ölçüsünü görməyə imkan verəcək yeni funksiya işə salacaq. Bildirilir ki, yeni funksiya istifadəçilərə müvafiq audio və ya videofayl, eləcə də sənəd alınarkən telefonun yaddaşında yer təmizləməyə imkan verəcək. Funksiya işə düşdükdən sonra böyük fayllar xüsusi pəncərədə görünəcək. Bundan başqa, messencerdəki yazışmaların da ölçüsü istifadəçilərə məlum olacaq. 
Məlumata görə, hələ ki, bu funksiyanın işə düşəcəyi dəqiq tarix bəlli deyil.
Xəbəri “lenta.ru” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

XARİCİ XƏBƏRLƏR bölməsi