“Laura” qasırğası ABŞ sahillərinə çatıb

XARİCİ XƏBƏRLƏR
27 Avqust
12:06

Ən təhlükəli beşinci kateqoriyayadək yüksələn “Laura” qasırğası ABŞ-ın Luiziana ştatına çatıb.
Bu qasırğanın ABŞ tarixində ən güclü qasırğa olacağı proqnozlaşdırılır. Bəzi ərazilərdə küləyin sürəti maksimum 240 kilometr/saatadək çata bilər.
Luiziana və Texas ştatlarında 600 minə yaxın sakinin təxliyəsi tapşırılıb.
ABŞ sahillərinə çatanadək “Laura” və digər tropik qasırğa “Marko” Karib hövzəsi ölkələrində ciddi fəsadlar törədib. Kuba, Dominikan Respublikası, Puerto-Rikoda dağıntılar qeydə alınıb. Ümumilikdə 24 nəfər həyatını itirib.

XARİCİ XƏBƏRLƏR bölməsi