Ukrayna sərhədlərini bağlayır

XARİCİ XƏBƏRLƏR
27 Avqust
11:46

Xarici vətəndaşların Ukraynaya girişinə sentyabrın 28-nə qədər məhdudiyyət qoyulub.

Azvision.az xəbər verir ki, Ukrayna hökuməti yeni növ koronavirusun yayılmasının qarşısını almaq məqsədi ilə sərhədi bağlamaq qərarına gəlib.

Məhdudiyyət bu il avqustun 29-dan sentyabrın 28-dək qüvvədə olacaq. Bu müddət ərzində Ukraynada yaşayış icazəsi almış əcnəbilər, beynəlxalq və humanitar nümayəndəliklərin üzvləri və tranzit sərnişinlər ölkəyə girə biləcəklər. Bundan əlavə, məhdudiyyətlər yük daşıma sürücülərinə, Şimali Atlantika Alyansına üzv dövlətlərin təlimatçılarına, mədəniyyət müəssisələrinin dəvəti ilə ölkəyə gələn mədəniyyət işçilərinə və bir sıra digər şəxslərə şamil edilməyəcək.

M.HACIXANLI,
“Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi