Mintimer Şaymiyevə büst qoyulub

XARİCİ XƏBƏRLƏR
27 Avqust
01:21

Tatarısta­nın Anyakovo kəndində Minti­mer Şaymiyevə büst qoyulub. Bu məlumatı öz Tvitter səhifəsində Tatarıstanın indiki lideri Rüstəm Min­nixanov paylaşıb. Minnixanov res­publikada nailiyyətlərin çoxunun Şaymiyevin adı ilə bağlı olduğunu bildirib.

Qeyd edək ki, Şaymiyev Tatarıstana 1991–2010-cu illərdə rəhbərlik edib.

Xəbəri RİA “Novosti” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

XARİCİ XƏBƏRLƏR bölməsi