Kinoteatrların fəaliyyətinə icazə verilib

XARİCİ XƏBƏRLƏR
27 Avqust
01:21

Gürcüstan hökuməti sentyab­rın 15-dən ölkədə kinoteatrların fəaliyyətinə icazə verilməsi ilə bağlı qərar qəbul edib. Qərarda qeyd olu­nub ki, məktəblər də həmin tarixdə açılacaq.

Məlumata görə, oktyabrın 1-dən etibarən uşaq bağ­çalarında təlim-tərbiyə prosesi başlayacaq. Bu tarixdən etibarən teatrlar da fəaliyyətlərini bərpa edəcəklər.

Xəbəri “Anadolu” agentliyi yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi