Final: İspaniya–Serbiya

İDMAN
28 İyul
11:49

İspaniyanın Barselona şəhərində keçirilən kişilərdən ibarət komandalar arasında su polosu üzrə Avropa çempionatının finalında İspaniya və Serbiya yığmaları qarşılaşacaqlar.

Gərgin mübarizə şəraitində davam etmiş yarımfinal görüşlərində ispanlar italiyalı rəqiblərinə 8:7, serblər isə Xorvatiya komandasına 9:7 hesabı ilə qalib gəlmişlər.

İspaniya–Serbiya finalı bu gün keçiriləcəkdir.

“Xalq qəzeti”

İDMAN bölməsi