Filippində iki partlayış

XARİCİ XƏBƏRLƏR
24 Avqust
21:45

Filippinin cənubundakı Xolo şəhərində  iki partlayış olub. “Əl-Cəzirə” ­telekanalının məlumatına görə, ­Filippin Qırmızı Xaç Cəmiyyətinin rəhbəri Riçard Qordon bildirib ki, partlayışı intiharçı ­terrorçu motosikllə törədib. 

Yerli vaxtla saat 11:55-də o, hərbi yük maşınına yaxınlaşaraq partlayış törədib. Pasrtlayış nəticəsində 5 nəfər hərbçi və 4 nəfər mülki vətəndaş həlak olub, 17 nəfər hərbçi xəsarət alıb.
“Straigth Times” nəşrinin yazdığına görə, bir saatdan ­sonra daha bir intiharçı-terroçu qadın yenidən partlayış törədib və nəticədə, bir nəfər mülki şəxs həlak olub.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi