Seçkilərin tarixi bəlli olub

XARİCİ XƏBƏRLƏR
24 Avqust
21:42

İranın Daxili İşlər nazirinin müavini Camal Örff ölkədə növbəti prezident seçkilərinin 2021-ci il iyunun 18-də keçiriləcəyini bildirib.
Onun sözlərinə görə, seçkilərlə bağlı fəaliyyətə gələn il fevral və ya mart ayından başlanacaq. O, həmçinin qeyd edib ki,  koronavirus üzündən bəzi əyalətlərdə təxirə salınmış parlament seçkiləri sentyabr ayının 12-də keçiriləcək.
Xəbəri RİA “Novosti” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 
 

 

XARİCİ XƏBƏRLƏR bölməsi