“iPhone 12”-nin dəyəri açıqlanıb

XARİCİ XƏBƏRLƏR
24 Avqust
21:41

İnsayderlər “iPhone 12” qurğusunun təxmini dəyərini açıqlayıblar. Məlumata görə, “iPhone 12” smartfonunun standart versiyasının qiyməti 700-800 dollar, “iPhone 12 Max”də isə 800-900 dollar təşkil edəcək. Qabaqcıl “iPhone Pro” cihazının qiyməti isə 1300 dollar olacaq. Böyük displeyə malik smartfon üçün alıcılar 1400 dollar ödəməli olacaq.
Bildirilir ki, “iPhone 12” smartfonu bu ilin sentyabr ayının əvvəlində təqdim ediləcək və bir neçə gündən sonra satışına start veriləcək.
Xəbəri “ferra.ru” yayıb.

 

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 
 
XARİCİ XƏBƏRLƏR bölməsi