Dörd güləşçimiz finalda

İDMAN
28 İyul
11:48

Bu günlər İstanbulda Yaşar Doğunun xatirəsinə həsr edilmiş sərbəst güləş və qadın güləşi üzrə beynəlxalq turnir keçirilir. Yarışın birinci günü Azərbaycanın 11 idmançısı–8 sərbəst güləşən və 3 qadın güləşçi mübarizəyə qoşulmuşdur.

Onlardan dördü– Əli Rəhimzadə (65 kq), Murad Süleymanov (86 kq), Aslanbek Alborov (97 kq) və İrina Netreba (65 kq) bütün rəqiblərinə qalib gələrək finala çıxmışlar. Final görüşləri bu gün keçiriləcək.

“Xalq qəzeti”

İDMAN bölməsi