Avropa birinciliyində bürünc medal

İDMAN
28 İyul
11:46

İtaliyanın Milan şəhərində keçirilən yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində Azərbaycanın daha bir idmançısı fəxri kürsüyə yüksələrək ölkəmizi medalla sevindirmişdir.

On beş yaşlı iştirakçılar qrupunda çıxış edən Əli Şükürlü 94 kq çəki dərəcəsində həm birdən, həm də təkanla ağırlıq qaldırmada üçüncü nəticə göstərmiş, iki hərəkətin cəmində də üçüncü yeri tutaraq Avropa birinciliyinin bürünc mükafatçısı olmuşdur.

“Xalq qəzeti”

İDMAN bölməsi