Slovakiyalı Peter Kraloviç

İDMAN
28 İyul
11:44

UEFA Çempionlar Liqası turnirinin ikinci təsnifat mərhələsi çərçivəsində “Qarabağ” (Azərbaycan)–“Kukesi” (Albaniya) cavab görüşünü slovakiyalı hakimlər briqadası idarə edəcək. Baş hakim funksiyasını Peter Kraloviç yerinə yetirəcək.

Oyun avqustun 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21-də başlanacaq. Albaniyada oynanılmış ilk matçdan sonra hesab 0:0-dır.

“Xalq qəzeti”

İDMAN bölməsi