Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti cənab Mahir Məmmədova

MƏKTUBLAR
5 Oktyabr
01:12

Hörmətli Mahir Ələsgəroviç!
Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Həmvətənimizin belə məsul vəzifəyə seçilməsi Azərbaycanda şahmatın inkişafına və şahmatçılarımızın beynəlxalq miqyasda nailiyyətlərinə verilən yüksək qiyməti bariz şəkildə əks etdirir.
Qarşıdakı işinizdə Sizə uğurlar arzulayıram.
Hörmətlə,
 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 oktyabr 2018-ci il

MƏKTUBLAR bölməsi