Maldiv Respublikasının yeni seçilmiş Prezidenti zati-aliləri cənab İbrahim Məhəmməd Solihə

MƏKTUBLAR
5 Oktyabr
01:11

Hörmətli cənab Solih!
Maldiv Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər birgə səylərimizlə bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 oktyabr 2018-ci il

MƏKTUBLAR bölməsi