Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatı 2018-ci ildə malların (işlərin və xidmətlərin) satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

REKLAM VƏ ELAN
2 Oktyabr
22:44

Tender mətbəə xərcləri üzrə nəşriyyat planına əsasən 2018-ci ilin II yarımili üçün nəşriyyat-poliqrafiya işlərinin satınalınması məqsədilə keçirilir.
Maraqlananlar 200 (iki yüz) manat məbləğdə tenderdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu ala bilərlər:
Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatı, 
VÖEN: 1701928961, 
Dövlət Xəzinədarlığı Agentliyi, 
Kod: 210005, 
VÖEN: 1401555071, 
M/h:  AZ41NABZ01360100000000003944, 
SWİFT:  CTREAZ2, 
H/h: AZ12CTRE00000000000004138313, 
7-ci fond, maddə 142340. 
Ünvan:  Bakı ,İstiqlaliyyət küçəsi 28.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlər (podratçılar) iddiaçı statusu qazanmaq üçün tender komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- tender təklifi (zərflər açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində təklifin bank zəmanəti (zərflər açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər:
- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə, hüquqi ünvanı və bank rekvizitləri;
- malgöndərənin (podratçının) hüquqi sənədlərinin (nizamnamə, dövlət reyestrindən çıxarış, VÖEN)  notarial qaydada təsdiq edilmiş surəti;
- malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat (mətbəə avadanlıqlarının və işçilərin siyahısı əlavə edilməklə);
- malgöndərənin (podratçının) son bir ildəki maliyyə dövriyyəsi barədə bank arayışı;
- malgöndərənin (podratçının) son bir ildəki maliyyə vəziyyətini əks etdirən və vergi orqanları tərəfindən təsdiq olunmuş vergi bəyannaməsi;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından və DSMF-dan arayış;
- malgöndərənin (podratçının) son üç ildə yerinə yetirilmiş analoji işləri barədə ətraflı məlumat (çap olunmuş poliqrafiya məhsullarının siyahısı).
Malgöndərənlər (podratçılar) 1-ci, 2-ci və 5-ci bəndlərdə qeyd olunan sənədləri 2018-ci il oktyabrın 23-nə   qədər tender komissiyasına təqdim etməlidirlər.
Tenderlə əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxs X.Nəbiyevə (telefon 012-539-78-90) müraciət edə bilərlər.
İddiaçılar tender təklifini və təklifin bank zəmanətini imzalanmış, möhürlənmiş, ikiqat bağlanmış zərfdə 31 oktyabr 2018-ci il saat 
17.00 –dək Bakı şəhəri, Hüseyn Cavid ­prospekti 115 nömrəli ünvanda AMEA-nın əsas binasında  “Elm” nəşriyyatının tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri  1 noyabr 2018-ci il saat 
10.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçiriləçəkdir. 

Tender komissiyası

REKLAM VƏ ELAN bölməsi
17 Noyabr
03:05
AZPETROL