Çin Xalq Respublikasının Sədri zati-aliləri cənab Si Cinpinə

MƏKTUBLAR
2 Oktyabr
00:06

Hörmətli cənab Sədr!
Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi  təbriklərimi yetirirəm.  
Azərbaycan-Çin əlaqələri qədim tarixə və xoş ənənələrə malikdir. Bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi əməkdaşlığımızın bütün sahələrdə dərinləşməsinə mühüm təsir göstərir.   
İnanıram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.  
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram. 
Hörmətlə, 
 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 sentyabr 2018-ci il

MƏKTUBLAR bölməsi