“Akhisarspor" ilk dəfə Türkiyə Superkubokunu qazanıb

İDMAN
6 Avqust
13:15

Həftəsonu futbol üzrə Türkiyə Superkuboku uğrunda matçda ötən mövsümün superliqa çempionu “Qalatasaray” klubu  Türkiyə kubokunun qalibi “Akhisarspor”la qarşılaşıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Mənbənin məlumatına görə, görüş “Akhisarspor”un qələbəsi ilə başa çatıb.

Baş hakim Cüneyt Çakırın idarə etdiyi oyunda hesabı birinci hissənin 5-ci dəqiqəsində “Akhisarspor” komandası açıb. Lakin “Qalatasaray” matçın ikinci hissəsinin 79-cu dəqiqəsində hesabı bərabərləşdirməyə nail olub.

“Qalatasaray” komandası görüşün qalan dəqiqələrində üstün oyun nümayiş etdirsə də, hesab dəyişməyib-1:1.

Əlavə olunan vaxtda da qalib müəyyənləşmədiyindən 11 metrlik cərimə zərbələri seriyası təyin olunub.

Beləliklə, gərginliyi ilə yadda qalan matçda penaltilər seriyasında 5:4 hesabı ilə qalib gələn "Akhisarspor" tarixində ilk dəfə Türkiyə Superkubokunun qalibi olub.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

İDMAN bölməsi