B İ L D İ R İ Ş

REKLAM VƏ ELAN
25 Sentyabr
23:44

“Xalq qəzeti”nin 2, 22 iyun, 14, 31 iyul, 8, 28 avqust, 8 və 18 sentyabr 2018-ci il tarixli nömrələrində “Azərsu” ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin balansında olan texnikaların yüksək təzyiqli yanacaq nasoslarının və püskürdücülərin təmiri, nizamlanması, yüksək təzyiqli boruların zədələrinin bərpası, dəyişdirilməsi, yüksək dəqiqliklə pardaxlanması, yonulma işləri, müxtəlif markalı texnikaların diaqnostikası, əlvan metalların qaynaq olunması, mühərrikin gövdəsinin və silindirlərin başlığının təmiri işlərinin satınalınması məqsədilə dərc edilmiş tenderində yetərsay olmadığı üçün tender təkliflərinin və təklif təminatlarının qəbulu vaxtı 5 oktyabr 2018-ci il saat 16.00-a, təkliflərin açılışı isə 8 oktyabr 2018-ci il saat 16.00-a dəyişdirilmişdir.
Əlaqələndirici şəxs: satınalmaların təşkili və idarə olunması departamentinin tenderlərin təşkili şöbəsinin mühəndisi Hikmət Qasımov ([email protected] +994124314767(2249).

 

REKLAM VƏ ELAN bölməsi