"Mançester Siti" Qabriel Jesus ilə müqaviləni uzadıb

İDMAN
4 Avqust
17:16

Qabriel Jesus 2023-cü ilə qədər “Mançester Siti”də qalacaq. Bildirilir ki, klub 21 yaşlı futbolçu ilə iki illik müqavilə imzalayıb. Məlumat üçün deyək ki, “Mançester Siti” 2017-ci ildə Qabriel Jesusla 2021-ci ilə kimi müqavilə imzalamışdı.

Qeyd edək ki, gənç hücumçu ötən mövsüm 53 oyunda 24 qol vuraraq, Premyer Liqada və Karabao Kubokunda uğur qazanıb.

Qabriel “Mançester Siti”nin rəsmi saytına verdiyi açıqlamada bildirib:

“Mançester Siti"yə gəlmək həyatımın ən doğru qərarlardan biridir. Azarkeşlərə mənə qarşı xoş münasibət və əla qarşılanma üçün sonsuz təşəkkürümü bildirirəm.

Klubla müqaviləmi yenilədiyimə görə çox xoşbəxtəm. Mən çalışaraq keyfiyyətlərimi daha da yüksəltməyə səy göstərcəm. Həm də kluba diqqət gördüyüm üçün təşəkkür edirəm. Pep mənim müqaviləmdə əhəmiyyətli rol oynadı, amma klub da böyük bir klubdur və daha da böyüyür, buna görə təşəkkür edirəm. Ümid edirəm ki, azarkeşləri xoşbəxt edəcəyəm”.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

İDMAN bölməsi