Makqreqor ilə Nurmaqomedov Las-Veqasda qarşılaşacaq

İDMAN
4 Avqust
16:43

Qarışıq döyüş növlərinin (MMA) UFC kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən rusiyalı Həbib Nurmaqomedov və irlandiyalı Konor Makqreqor arasındakı döyüşün keçiriləcəyi yer müəyyənləşib. Bu barədə “Lenta.ru” məlumat yayıb.

UFC-nin prezidenti Dana Vayt keçirdiyi mətbuat konfransında qarşılaşmanın ABŞ-ın Las-Veqas şəhərində təşkil olunacağını bildirib. O, idmançıların bu il oktyabrın 6-da UFC229 turniri çərçivəsində qarşılaşacaqlarını deyib.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

İDMAN bölməsi