Vyetnam Kommunist Partiyasının Baş katibi zati-aliləri cənab Nquyen Fu Çonqa

MƏKTUBLAR
22 Sentyabr
23:58

Hörmətli cənab Baş katib!
Vyetnam Sosialist Respublikasının Prezidenti, görkəmli dövlət xadimi Çan Day Kuanqın vəfatı xəbəri məni olduqca kədərləndirdi. 
Çan Day Kuanq Azərbaycan-Vyetnam münasibətlərinin inkişafına, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlığın daha da möhkəmlənməsinə mühüm töhfələr vermişdir.  
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün Vyetnam  xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə 
başsağlığı verirəm.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,  22 sentyabr 2018-ci il

MƏKTUBLAR bölməsi