İraq Respublikasının Prezidenti zati-aliləri cənab Bərham Salehə

MƏKTUBLAR
28 Mart
00:58

Hörmətli cənab Prezident,
Dəclə çayında bərənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin! 

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 mart 2019-cu il

MƏKTUBLAR bölməsi