“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə cari il oktyabrın 23-24-də Bakı şəhərində “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda I Beynəlxalq Elmi Konfransın keçirilməsi ilə əlaqədar iş və xidmətlərin satınalınması üçün AÇIQ TENDER ELAN EDİR

REKLAM VƏ ELAN
28 Avqust
21:19

Lot-1. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə cari il oktyabrın 23-24 –də Bakı şəhərində “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda I Beynəlxalq Elmi Konfransın keçirilməsi ilə əlaqədar iş və xidmətlərin satınalınması.
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üçün 150 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi 20 nömrəli (əlaqələndirici şəxs: Nadir Quliyevdən, telefon: 
(012) 492-11-75) ünvandan ala bilərlər. 
VÖEN: 1700711731
H/h: AZ20IBAZ38090019446067875204
Bank: “Azərbaycan Beynəlxalq Bankı”nın Mərkəz filialı
Kod: 805722
VÖEN (bank): 9900001881
M/h: AZ03NABZ01350100000000002944
S.W.I.F.T. : IBAZAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; 
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; 
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; 
- digər sənədlər: analoji işlərin yerinə yetirilməsinə dair iddiaçının potensial imkanları haqqında məlumat və Dövlət Sosial Müdafiə Fonduna borcun olub- olmamasına dair arayış.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 17 sentyabr 2018-ci il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 25 sentyabr 2018-ci il saat 17.00-a qədər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi 20 nömrəli ünvana təqdim etməlidirlər. 
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 27 sentyabr 2018-ci il saat 11.00-da, Bakı şəhəri, Səbail rayonu, Asəf Zeynallı küçəsi 20 nömrəli ünvanda açılacaqdır.
Tender komissiyası

REKLAM VƏ ELAN bölməsi