Yaponiyanın İmperatoru Əlahəzrət Akihitoya

MƏKTUBLAR
23 Dekabr
00:53

Əlahəzrət!

Ölkənizin milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından təbrik etməkdən məmnunluq duyuram.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Yaponiya xalqına daim sülh və rifah arzulayıram.

Hörmətlə,

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr 2018-ci il

MƏKTUBLAR bölməsi