Katatumbo şimşəkləri
XƏBƏRLƏR
4 Dekabr
08:06

Venesuela ərazisində qeyri-adi təbiət hadisələri tez-tez olur. Xüsusilə Katatumbo şimşəkləri möcüzəsi dillər əzbəridir. Bu təbiət hadisəsi ildə 160 gecə davamlı olaraq bir yerdə baş verir. Bir gecədə burada təxminən 20 min şimşək çaxır. Maraqlıdır ki, onların parıltısı praktiki olaraq ildırım gurultusu ilə müşayiət olunmur. Gecələr bu yerlərdə səma buludsuz və aydın qalır, buna görə də onlar buradan 500 kilometr məsafədə yerləşən Aruba adasında belə görünür. Katatumbo şimşəklərini həyatda ən azı bir dəfə görmək istəyən turist və səyyahların sayı bitib-tükənməyəcək qədər çoxdur. Katatumbo sözü də çox musiqili səslənir, elə deyilmi? Dünyanın çox yerində şimşəklər bir qayda olaraq göy gurultusu ilə müşayiət olunur. Əvvəl şimşək çaxır, sonra göy guruldayır, ardınca da selləmə yağış yağır. Dünyanın ən ilhamlı şairlərindən olan dahi Şəhriyar necə də gözəl deyib: Heydər baba, ildırımlar çaxanda, Sellər, sular şaqqıldayıb axanda.... Beləcə, Venesueladan gəlib çıxdıq Heydər baba dağına...
XƏBƏRLƏR bölməsi
4 Fevral
09:45

On iki ölkəni təmsil edən beynəlxalq səyahətçilər qrupunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb
4 Fevral
03:35

Energetika Nazirliyi və “ACWA Power” külək enerjisi layihələri üzrə əməkdaşlıq sənədləri imzalayıb