“Apple”-“Sony” əməkdaşlığı

XƏBƏRLƏR
3 Dekabr
07:50

“Apple” şirkəti   "iPhone 15” smartfonları üçün Yaponiyanın “Sony” şirkətindən ən son görüntülü sensorlar almaq niyyətindədir. Belə ki, hazırda yalnız Yaponiya korporasiyasında əldə edilən yeni "Sony Semiconductor Solutions”  sensorunda hər pikseldə siqnalın çatma  səviyyəsi digərləri ilə müqayisədə təxminən iki dəfə artıb.


Qeyd edək ki, şirkətin tərtibatçıları sözügedən texnologiyanı əvvəllər də elan ediblər. Bu sənayenin ən son modern kəşfi sayılan “CMOS” sensorudur. Yeni texnologiya dinamik diapazonu genişləndirməyə, işığa həssaslığı artırmağa və səs-küy səviyyəsini azaltmağa imkan verir ki, bu da ümumilikdə smartfonun kamerasında daha yaxşı şəkil çəkməyə imkan yaradır.
 Maraqlıdır ki, indiyədək bu texnologiya “Sony”nin istehsal etdiyi məhsulların heç birində tətbiq edilməyib. Bununla belə, innovativ sensorların bütün “iPhone 15”-də və ya yalnız "iPhone-pro" modellərində istifadə ediləcəyi barədə dəqiq məlumat yoxdur. Jurnalistlərin fikrincə, yeni sensorlar yalnız “iPhone 15 Ultra” üçün tətbiq ediləcək.

XƏBƏRLƏR bölməsi