“Süni zəka”ya sərmayə

XƏBƏRLƏR
3 Dekabr
07:42

2030-cu ilə qədər qlobal kibertəhlükəsizlik bazarında “Süni zəka”ya (Artificial Intelligence – AI) yatırılacaq investisiyanın məbləği 189,5 milyard ABŞ dollarına çatacaq. Bu barədə ABŞ-də yayılan qlobal “AI in the Cyber Security Market” hesabatında bildirilir.


Ümumilikdə 150 ölkədə aparılmış araşdırma nəticəsində hazırlanan sənədə görə, 2020-ci ildə bu rəqəm 16 milyard ABŞ dolları olub. Sənəddə qeyd edilir ki, 2021–2030-cu illərdə “Süni zəka”ya ayrılan sərmayələrin məbləği il ərzində 28,2 faiz artacaq.
“Süni zəka”nın əsasən nitqin tanınması, şəkillərin və təbii dilin emalı, həmçinin maşın öyrənilməsində daha çox istifadəsi nəzərdə tutulur. Bu prosesdə ABŞ, Kanada, Meksika, Böyük Britaniya, Almaniya, Yaponiya, İtaliya və Fransa kimi ölkələr fəallıq nümayiş etdirir.

 

XƏBƏRLƏR bölməsi