“Pars IV” texnikaları
XƏBƏRLƏR
3 Dekabr
07:31

Türkiyə ordusunun Xüsusi Qüvvələr Koman-danlığına FNSS istehsalı “Pars IV” zirehli texnikaları təhvil verilib. Bu barədə FNSS-in baş direktoru Nail Kurt məlumat yayıb.
Onun sözlərinə görə, 6x6 təkər formullu 15 ədəd “Pars IV” zirehli texnikalarından 9-u təhvil verilib. O, maşının ASELSAN istehsalı olan Akustik Xəbərdarlıq Sistemi ilə təchiz edildiyini vurğulayıb.
Analoqlarından fərqli olaraq, “Pars IV” zirehli texnikalarında iki ədəd uzaqdan idarə olunan döyüş modulu var. “Sancak” adlı döyüş modullarında 7,62×51 millimetrdən 40×53 millimetrə qədər müxtəlif silahlardan istifadə etmək olar.
XƏBƏRLƏR bölməsi
4 Fevral
09:45

On iki ölkəni təmsil edən beynəlxalq səyahətçilər qrupunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb
4 Fevral
03:35

Energetika Nazirliyi və “ACWA Power” külək enerjisi layihələri üzrə əməkdaşlıq sənədləri imzalayıb