Supergizli hərbi smartfonlar

XƏBƏRLƏR
3 Dekabr
07:24

ABŞ Müdafiə Nazirliyi yeni super gizli smartfonları təqdim edib. Qurğular “Silent Circle” şirkəti tərəfindən hazırlanıb. Şirkət rəhbəri Mayk Janke bildirib ki, ABŞ hərbi qulluqçuları gizli kodla şifrələnmiş cihazdan məxfi əməliyyatlar zamanı ünsiyyət qurmaq üçün istifadə edirlər.


Telefonun əməliyyat sistemi və proqramları müştərilərə hər biri ayrı-ayrı təhlükəsizlik məhdudiyyətləri olan bir neçə şəxsin eyni telefona daxil olmasına imkan verir. Faktiki olaraq, bu, o deməkdir ki, “WhatsApp” söhbət aləti və ailə şəkilləri şəxsi məkanınızda, şifrələnmiş kommunikasiyalar və təsnif edilmiş xəritələr isə iş yerinizdə mövcud ola bilər. Bir istifadəçi öz profilindən digərinə keçmək üçün pin kod daxil etməlidir.
Pentaqonun bir qrup əməkdaşı hazırda mobil e-poçtu, şəxsi şəbəkəni, veb-brauzeri və digər proqramları konfiqurasiya edirlər. Məlumat hərbi serverlər vasitəsilə axır. Qeyd olunur ki, “Silent Circle”ın məxfi mesajların kilidini açmaq üçün hökumətin şifrələmə açarlarına çıxışı yoxdur.

 

XƏBƏRLƏR bölməsi