Stolüstü oyunlar yarışı başa çatıb

XƏBƏRLƏR
3 Dekabr
05:35

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən təşkil edilən yarışlar 5 idman növünü (şahmat, dama, nərd, stolüstü tennis və qol gücü) əhatə edib və yarışlarda iştirak üçün yaş məhdudiyyəti qoyulmayıb.


Final mərhələsində iştirak hüququ qazanan 46 nəfər arasında 5 istiqamət üzrə ilk 3 yerin qalibi məlum olub. Növbəti günlərdə qaliblərin mükafatlandırılması tədbiri olacaq.
Əlilliyi olan şəxslər arasında mütəmadi olaraq təşkil olunan belə yarışlar, sərgilər və digər layihələr onların istedad və bacarıqlarının dəstəklənməsi və üzə çıxarılması, yaradıcılıq potensiallarının inkişaf etdirilməsi, cəmiyyətə inteqrasiya imkanlarının artırılması məqsədi daşıyır.

XƏBƏRLƏR bölməsi