Akademik Musiqili Teatrda "Yeni il" şənliyi keçiriləcək

MƏDƏNİYYƏT
2 Dekabr
12:19

27 dekabr 2022-ci il tarixindən - 04 yanvar 2023-cü il tarixinədək Azərbaycan Dövlət Akademik Musiqili Teatrında gündə dörd seans olmaqla (saat 10:30, 12:30, 14:30 və 16:30-da), maraqlı və macəra dolu "Yeni il" şənliyi  nümayiş olunacaq.

Bu barədə "Xalq qəzeti"nə teatrdan məlumat verilib.
Tamaşada Yeni il bayramının rəmzləri olan Şaxta baba, Qar qız və balacaların sevimli nağıl qəhrəmanları onları duzlu-məzəli söhbətləri ilə​ əyləndirəcək və sonda hədiyyələrlə sevindirəcəklər.

Hədiyyəli biletləri şəhərin bütün teatr-konsert kassalarından, "ASAN Xidmət” mərkəzlərindən, eləcə də "İticket.az" saytından əldə etmək olar.

Kollektiv sifarişlər qəbul olunur.

MƏDƏNİYYƏT bölməsi