Səfirdən Fransa Milli Assambleyasına: Danışmaqla sülhə mane olursunuz!
SİYASƏT
1 Dekabr
10:33

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli qətnaməyə münasibət bildirib.
"Xalq qəzeti" xəbər verir ki, diplomat bu barədə tviter hesabında paylaşım edib.
Paylaşımda deyilir: "Fransa Milli Assambleyasının diqqətinə: Ermənistan Azərbaycan ərazilərini 30 il işğal altında saxlayıb, bir milyon azərbaycanlının fundamental hüquqlarını pozub, müharibə cinayətləri törədib, regionu viran qoyub. Siz susmusunuz. İndi danışmaqla sülhə mane olursunuz!”.
SİYASƏT bölməsi