Ukraynada qaz və işıq problemi

XARİCİ XƏBƏRLƏR
30 Noyabr
00:37

Son günlər Ukraynada havaların kəskin soyumasına baxmayaraq, ən qaynar nöqtələrdən olan Donetsk vilayətində döyüşlər davam edir. Ukrayna ordusu təmas xəttinin yaxınlığında, Baxmut və Soledar şəhərləri ətrafında müdafiə olunmaqdadır. Şiddətli yağışlar səbəbindən hər iki tərəf irəliləməkdə çətinlik çəkir. Məlumatı “İzvestiya.ru” verib.
 

Soyuqların düşməsi ilə vilayətin Liman şəhərində də vəziyyət ağırlaşıb. Rusiyanın raket təhlükəsi ilə yanaşı, regionda qaz və işıq problemi də mövcuddur. Şəhərin Ukraynanın nəzarətində olan hissəsində yaşayış binalarının çoxu dağıdılıb. Evləri uçmuş sakinlər əsasən sığınacaqlarda yaşayır, hər gün humanitar yardım növbəsinə dayanmağa məcbur olurlar.
Son vaxtlar Ukraynaya hərbi dəstək də artmaqdadır. ABŞ bu ölkəyə 150 kilometr mənzilli yeni sursatların ötürülməsini nəzərdən keçirir. “Reuters”in məlumatına görə, bu ölkə üçün hazırlanacaq yerüstü kiçik diametrli bombalar (GLSDB) Ukraynaya 2023-cü ilin yazında təhvil verilə bilər. Bu mərmilər artıq istehsal olunsa da, rəsmi satınalmalarda çoxlu logistik maneələr var.

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

 

XARİCİ XƏBƏRLƏR bölməsi