Türkiyə yerli döyüş təyyarəsinin bir addımlığında

XARİCİ XƏBƏRLƏR
29 Noyabr
14:09

Uzun müddətdir Türkiyə mütəxəssislərinin üzərində işlədiyi yerli döyüş təyyarəsi olacaq TF-X proqramı artıq yekunlaşmaq üzrədir.

“TUSAŞ” şirkəti çoxməqsədli qırıcı təyyarənin əsas gövdə hissəsinin hazır olması ilə bağlı geniş təqdimat gerçəkləşdirib. Türkiyə Milli Müdafiə Naziri İsmayıl Dəmir mətbuata açıqlamasında  TF-X proqramının əsas parçalarının montaj edilməsi barədə məlumat verib. Onun sözlərinə görə, təyyarənin mühərrikləri yaxın zaman ərzində gövdəyə yerləşdiriləcək.

Nazir, eyni zamanda, yerli mühərrik üzərində işlərin sürətlə davam etdiyini və seriyalı istehsal zamanı milli mühərriklərdən istifadə ediləcəyini vurğulayıb. Hazırda Türkiyə bu sahədə İngiltərənin “Rolls-Royce” şirkəti ilə texnologiya transferi və mühərriklərin Türkiyədə istehsalı barədə əməkdaşlıq edir.

Qeyd edək ki, təyyarənin ilk yer testlərinə gələn ilin mart ayında başlanacağı planlaşdırılır.

Elşən AĞALAR,

‘Xalq qəzeti”

XARİCİ XƏBƏRLƏR bölməsi