100 milyard dollar ziyan

XARİCİ XƏBƏRLƏR
26 Noyabr
03:21

Planetin ən zəngin adamı, “SpaceX” və “Tesla” texnologiyalar şirkətlərinin rəhbəri və “Twitter”in sahibi İlon Maskın sərvəti 2022-ci ildə rekord dərəcədə azalıb. Belə ki, Mask il ərzində 100 milyard dollar itirib. 


Bu, “Bloomberg”in milyarderlər indeksində indiyə qədər qeydə alınan ən kəskin azalma sayılır. Beləliklə, Mask 100 milyard dollar itirən ilk şəxs kimi qeydə alınıb. Kəskin azalma Maskın sərvətinin əsas hissəsini təşkil edən "Tesla"nın xammal xərclərinin artması və tədarük zəncirinin pozulması səbəb olub.
O da bildirilir ki, biznesmen təkcə noyabr ayında 8,6 milyard dollar itirib. Yeri gəlmişkən, ötən gün "Tesla"nın səhmləri 6,8 faiz azalıb ki, bu da 2020-ci ilin noyabrından indiyədək ən aşağı göstərici hesab edilir.
Buna baxmayaraq, amerikalı sahibkar 170 milyard dollarlıq sərvətlə dünyanın ən varlı adamı olaraq qalır. Reytinqdə ikinci yerdə 157 milyard dollar varidatı olan fransalı iş adamı, sənayeçi, “Louis Vuitton Moët Hennessy” şirkətlər qrupunun prezidenti və baş direktoru Bernar Arnodur.

XARİCİ XƏBƏRLƏR bölməsi