İsveç terrorçulara sığınacaq olmaq istəmir

XARİCİ XƏBƏRLƏR
26 Noyabr
02:44

İsveçin Baş naziri Ulf Kristersson bəyan edib ki, Türkiyənin özünü terrorizmdən qorumaq hüququ var. Bu barədə baş nazir ölkə parlamentində çıxışı zamanı bildirib. Məlumatı “Anadolu” yayıb. 


Kristersson Yaşıllar Partiyasının həmsədri Marta Stenevin niyə Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi “Pəncə-Qılınc” hava əməliyyatının pislənməməsi və Prezident Rəcəb Tayyib Ərdoğanın mövqeyinin tənqid olumaması barədə sualına cavabında baş nazir deyib: “Türkiyə mütəmadi olaraq terror aktlarının qurbanı olur. O, özünü müdafiə etmək hüququna malikdir”.
Bütün tərəfləri sakitliyi qorumağa, mülki əhalini və obyektləri hərbi təhlükəyə atmamağa çağıran Kristersson bildirib: “Suriyanın şimalında vəziyyət çox çətindir: bir tərəfdən, İŞİD terror təşkilatına qarşı mübarizə gedir. Digər tərəfdən isə, Türkiyəyə qarşı terror kampaniyası həyata keçirilir. Etiraf etmək lazımdır ki, Türkiyə terror hücumlarına məruz qalır. Qeyd etməliyik ki, Türkiyə özünü terror hücumlarının bütün növlərindən qorumaq hüququna malikdir”.
Onun sözlərinə görə, dünya Türkiyəni başa düşməlidir: “Türkiyəni yaralayan terror aktları digər ölkələrdəki teraktlar kimi qorxuludur. İsveç terror təşkilatları üçün sığınacaq olmamalıdır”.

 

Paşa ƏMİRCANOV,  
“Xalq qəzeti”

 

XARİCİ XƏBƏRLƏR bölməsi