Bakı Dövlət Universiteti Yasamal rayonu, akademik Zahid Xəlilov küçəsi, 33 nömrəli ünvanda yerləşən 9 mərtəbəli, zirzəmiyə malik 2 saylı tədris binasının əsaslı təmir işlərinin satın alınması üçün Açıq tender elan edir

REKLAM VƏ ELAN
26 Noyabr
01:43

Lot 1: Bakı Dövlət Universitetinin Yasamal rayonu, akademik Zahid Xəlilov küçəsi, 33 nömrəli ünvanda yerləşən 9 mərtəbəli, zirzəmiyə malik 2 saylı tədris binasının əsaslı təmir işlərinin satın alınması.
• Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. İştirakçılar əsas şərtlər toplusunu Bakı şəhəri, Yasamal rayonu, akademik Zahid Xəlilov küçəsi 33 nömrəli (Əlaqələndirici şəxs: Nailə Əsgərli telefon: +994125391536) ünvanından ala bilərlər.
• İştirak haqqı:
• Lot 1: 2000 manat
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
Hesab:AZ32AIIB33070019443307872103
VÖEN: 1300489621
Bank: “Kapital Bank” ASC-nin 1 saylı Yasamal filialı
Kod: 200037
VÖEN: 9900003611
M/h: AZ37NABZ01350100000000001944
SWIFT: AIIBAZ2X
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 
1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.
3. Tender təklifi (zərflərin açıldığı gündən sonra qüvvədə olma müddəti) 90 bank günü.
4. Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra) 30 bank günü.
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış.
6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
8. Satınalan təşkilatın müəyyən etdiyi digər sənədlər.
9. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə sənəd.
10. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə sənəd.
11. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə sənəd.
12. İşin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatlar (subpodratçı cəlb edəcəyi təqdirdə); 
a) Malgöndərənin müvafiq sahədə peşəkarlığı və təcrübəsi, anoloji işlərə dair azı 2 milyon manat həcmində müvafiq müqavilələr və təhvil-təslim aktı təqdim etməklə;
Malgöndərinin kadr imkanları: 
1. Tenderin predmeti üzrə şirkətin cəlb edəcəyi mütəxəssislərə məlumat (Şərtlər toplusu əlavə 1) 
d)Malgöndərənin maliyyə imkanları 
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (2021-ci il üzrə); 
- Mənfəət və Zərər haqqında hesabat (2021-ci il üzrə) (Audit rəyi ilə təsdiq olunmaqla); 
Malgöndərənin texniki imkanları (şərtlər toplusu əlavə 2).
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 30 dekabr 2022-ci saat 16:00-a, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 14 yanvar 2023-cü il saat 16:00-a qədər Bakı şəhəri, Yasamal rayonu, akademik Zahid Xəlilov küçəsi 33 nömrəli ünvana təqdim etməlidirlər. Tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 15 yanvar 2023-cü il saat 10:00-da Bakı şəhəri, Yasamal rayonu, akademik Zahid Xəlilov küçəsi 33 nömrəli ünvanda açılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası

REKLAM VƏ ELAN bölməsi