Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb

XƏBƏRLƏR
18 Noyabr
00:26

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş keçirilib.


Görüşdə ikitərəfli və regional əsaslarda humanitar və mədəniyyət məsələləri, bölgədə etimad quruculuğu tədbirləri müzakirə edilib.
Nazir Ceyhun Bayramov postmünaqişə dövründə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə məlumat verib.  
Xüsusi nümayəndə Mixayil Şvıdkoy bölgədə sülh və əmin-amanlığın təmin edilməsi istiqamətində ölkəmizin səylərinin əhəmiyyətli olduğunu vurğulayıb. O, mədəniyyət və humanitar sahələrdə birgə tədbirlərin həyata keçirilməsi istiqamətində dəstək verməyə hazır olduğunu bildirib.  
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

“Xalq qəzeti”

XƏBƏRLƏR bölməsi